29 aprel 2024 17:56
275

Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun fəaliyyət istiqamətləri açıqlanıb

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun 9 fəaliyyət istiqaməti olacaq.

“İki sahil” xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi qurumun nizamnaməsində öz əksini tapıb.

Sənədə əsasən, həmin fəaliyyət istiqamətləri aşağıdakılardır:

- müvafiq sahədə elmi-praktiki və eksperimental araşdırmalar aparmaq;

- müvafiq sahədə elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsini həyata keçirmək;

- müvafiq sahədə texniki normativ hüquqi aktların layihələrini hazırlamaq;

- müvafiq sahədə tədqiqatlar aparmaq;

- müvafiq sahə üzrə elmi-metodiki tövsiyələr hazırlamaq;

- müvafiq sahədə peşəkar mütəxəssislərin və yüksəkixtisaslı elmi kadrların hazırlanmasını həyata keçirmək;

- müvafiq sahənin inkişafı üçün tədbirlər görmək;

- Agentliyin, onun strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların fəaliyyətinin elmi əsaslarının hazırlanmasını həyata keçirmək;

- bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.