29 aprel 2024 18:27
276

Zurabişvili “Gürcü Arzusu”nun Tbilisidə keçirəcəyi mitinqi tənqid edib

Gürcüstan Prezidenti Salome Zurabişvili hakim “Gürcü Arzusu” partiyasının paytaxt Tbilisidə keçirəcəyi genişmiqyaslı mitinqini tənqid edib.

“İki sahil” xəbər verir ki, Prezident Zurabişvili “X” platformasındakı paylaşımında dövlət qulluqçularının avtobuslara doldurularaq hakim partiyanın qərarlarını alqışlamaq üçün Tbilisiyə gətirildiyini qeyd edib.

“Dünən “Rusiya qanunu” əleyhinə və Gürcüstanın Avropa gələcəyi naminə genişmiqyaslı spontan etiraz aksiyalarının 15-ci günü oldu. Bu gün “putinsayağı” əməl: dövlət qulluqçuları avtobuslara doldurularaq hakim partiyanın qərarlarını alqışlamaq üçün Tbilisiyə gətirilirlər. Həqiqi Gürcüstan azad Gürcüstandır. Avropalı Gürcüstandır”, - Zurabişvili qeyd edib.

Qeyd edək ki, Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası bu gün saat 20:00-da Tbilisidə parlament binası qarşısında 100 mindən çox vətəndaşın iştirakı ilə mitinq planlaşdırıb.