30 aprel 2024 13:54
229

Belarusda ikinci AES inşa edilə bilər - Lukaşenkodan TƏKLİF

Belarus prezidenti Aleksandr Lukaşenko respublikada ikinci atom elektrik stansiyasının inşa edilməsini istədiyini bildirib.

“İki sahil”  xəbər verir ki, bu haqda RT məlumat yayıb.

“Mən həqiqətən də ikinci stansiya tikmək istərdim”, - deyə BELTA dövlət başçısından sitat gətirir. Lukaşenko vurğulayıb ki, indi hakimiyyət bu barədə düşünür.

Prezident hesab edir ki, Belarus cəmiyyəti artıq “post-Çernobıl sindromu”ndan əziyyət çəkib.

Aleksandr Lukaşenko qeyd edib ki, ilk atom elektrik stansiyasının tikintisi ilə bağlı qərar qəbul edilərkən ölkə düzgün iş görüb - bu, enerjinin ən təmiz formasıdır.

2023-cü ilin sentyabrında Rosatom Minskdən belə bir müraciət alınarsa, ikinci atom elektrik stansiyasının tikintisinə kömək etməyə hazır olduğunu bəyan etdi.