18 yanvar 2018 01:11
1108

Ukraynada qızılca xəstəliyindən ölənlərin sayı artır

Ukraynada qızılca xəstəliyindən daha bir nəfər ölüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Son bir ildə Ukraynada qızılca xəstəliyindən 7 nəfər ölüb ki, onlardan da 4-ü uşaqdır.

Ötən il ölkədə 4782 nəfər qızılca xəstəliyinə tutulub. Bu ilin yanvar ayı ərzində isə artıq 1285 nəfər bu xəstəliyə yoluxub.

Səhiyyə Nazirliyinin məlumatında bildirilir ki, ölkədə qızılcaya qarşı 500 min flakondan çox vaksinasiya var. Apreldə UNICEF Ukraynaya daha 1 milyon flakon vaksinasiya göndərəcək.