01 may 2024 13:45
296

Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır

Azərbaycan ilə Almaniya arasında qarşılıqlı münasibətlərin başlanğıcı XIX əsrə təsadüf edir.1863-cü ildə Almaniyanın “Simens qardaşları” firması tərəfindən Gədəbəy ərazisində yerləşən mis yataqları bazasında iri misəritmə zavodları tikilib.XX əsrin əvvəlində bu zavodlarda istehsal edilən mis Cənubi Qafqazda əridilən misin 3-də 2-ni təşkil edirdi. Bundan əlavə “Simens qardaşları” firması Daşkəsən ərazisində kobalt yataqları bazasındaki kobalt zavodu inşa edib. Bu zavodların inşası nəticəsində xeyli sayda insan işlə təmin edilib, əhalinin maddi rifahı yüksəlib. Alman sənayeçilərinin bu ərazidə fəallığın artması nəticəsində ətraf ərazilərdə, xüsusilə, Azərbaycanın indiki Göygöl və Şəmkir rayonlarında alman koloniyaları yaranıb.

Azərbaycan ilə Almaniya arasında diplomatik əlaqələr 1992-ci ildə 20 fevralda qurulub. 2 sentyabr 1992-ci ildə Azərbaycanın Almaniyada səfirliyi,22 sentyabr 1992-ci ildə Almaniyanın Azərbaycandaki səfirliyi açılıb.Diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya arasındaki əlaqələr mütəmadi olaraq inkişaf edib. Bu inkişafın əsas təməlləri Ümummilli Lider Heydər Əliyev tərəfindən qurulub. Ulu Öndər Heydər Əliyev ilk dəfə Almaniyanın o dövrki prezidenti Raman Hersaqun dəvəti ilə 1-4 iyul 1996-cı ildə Almaniyada rəsmi səfərdə olmuşdur. Ulu Öndər Heydər Almaniyanın prezidenti, kansleri, vitse-kansleri və digər hakimiyyət üzvləri ilə görüş keçirib. Bu görüşlər zamanı ölkələrarası əməkdaşlığın xüsusiyyətləri geniş şəkildə müzakirə edilib. Bu görüş zamanı 5 müqavilə imzalanıb.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Füzuli şəhərindən Almaniyaya təyyarə ilə getmiş və yeni münasibətlərin təməllərini qoymuşdur. Prezident İlham Əliyevin Almaniyaya Füzuli şəhərindən gəlməsi Azərbaycanın 2-ci Qarabağ müharibəsi zamanı qazandığı uğurun göstəricisidir.  Tikilmiş yeni evlər və yeni havalimanı bunun əsas göstəricisidir. Davam edən quruculuq və bərpa işləri Azərbaycanın iqtisadi gücünü və siyasətdə də öz sözünü deyə bilən ölkə olduğunu göstərir. İkitərəfli münasibətlər müstəvisində Azərbaycan və Almaniya arasında əməkdaşlıq da kifayət qədər genişdir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir. Almaniya Kansleri ilə görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi istiqamətində aparılan fəaliyyətlər müzakirə olundu.  Almaniya ilə tərəfdaşlıq Azərbaycan üçün Avropada maraqlarının təmin edilməsi baxımından olduqca vacibdir. Bütün bunlar onu göstərir ki, Almaniya Azərbaycanı beynəlxalq aktor kimi qəbul edir, ona etimad göstərir və strateji məsələlərdə ölkəmizlə əməkdaşlıqdan çəkinmir. Hazırda Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır

Arzu Məmmədova,
Xətai rayonu 116 tam orta məktəbin müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü