01 may 2024 11:38
222

AMB sədri: Bu il Azərbaycanda iqtisadi artımı 3,5-4% proqnozlaşdırmışıq

Azərbaycan Mərkəzi Bankı 2024-cü ilin sonu üzrə Azərbaycanda iqtisadi artımın 3,5-4% təşkil edəcəyini proqnozlaşdırıb.

“İki sahil” xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.

O bildirib ki, qeyri-neft ÜDM-i isə bu il 5,5% artacaq.

“2025-ci il üzrə ÜDM-in 3%, qeyri-neft ÜDM-i isə 5-6% proqnozlaşdırılıb”- AMB sədri əlavə edib.