21 may 2024 12:19
450

Təbrizin imamı qəzadan sonra sağ imiş... - VİDEO

Mayın 19-da İranda ölkə Prezidenti İbrahim Rəisi və digər yüksəkvəzifəli məmurların həlak olduğu helikopter qəzası ilə bağlı yeni detallar məlum olub.

“İki sahil” “Tasnim” agentliyinə istinadla xəbər verir ki, helikopterin göyərtəsində olan və qəza zamanı həlak olan şəxslərdən biri Təbrizin imamı Məhəmməd Əli Haşemi hadisədən sonra sağ imiş. 

Bu barədə məlumatı İranın Fövqəladə Hallar üzrə Təşkilatının rəhbəri Məhəmməd Həsən Nami də təsdiqləyib. 

O bildirib ki, imam bir neçə saat həyatda qala bildiyindən onun cəsədi daha az yanmış vəziyyətdə olub.

Belə ki, Haşemi, hətta mobil telefonu ilə Prezident Administrasiyasının rəhbəri Qulamhüseyn Esmailə zəng etməyə də nail olub. Sosial şəbəkələrdə isə Haşemi ilə qəza günü əlaqə saxlanılmasının görüntüləri yayılıb. Görüntülərdə Haşemi təcili yardım avtomobillərinin səsini eşitdiyini deyir. Onunla yanaşı qəzaya düşən digər şəxslərin də həmin an sağ olması ilə bağlı heç bir detal məlum deyil.