01 may 2024 12:12
257

Taleh Kazımov: "Naxçıvan Bank"ın maliyyə dayanıqlılığında problem yoxdur

"Naxçıvan Bank" ASC-nin maliyyə balansı yaxşıdır və heç bir maliyyə problemi yoxdur.

“İki sahil” xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, "Naxçıvan Bank" səhmlərinin bir hissəsini "Kapital Bank" ASC-yə satıb: "Bu səhmdarların qərarıdır. Hazırda da səhmdarlar müəyyən məsələləri müzakirə edib qərarlar verəcəklər. Ancaq bankın fəaliyyətində, maliyyə dayanıqlılığında bir problem yoxdur".