17 yanvar 2018 21:36
984

Prezident Administrasiyasının yeni şöbə müdiri təyin edilib

Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri təyin edilib.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov təyin edilib.

Qeyd edək ki, Etibar Nəcəfov yeni təyinata qədər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.