02 may 2024 08:34
247

Çində yol çökməsi nəticəsində ölənlərin sayı 36-ya çatıb

Çinin cənubundakı Quandon əyalətində magistral yolun bir hissəsinin çökməsi nəticəsində ölənlərin sayı 36-ya çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə yerli səlahiyyətli qurumlar məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində yoldan çıxaraq aşan və dağıntı altında qalan avtomobillərin axtarış işləri başa çatıb. Hadisədə xəsarət alan 30 nəfər tibb ocaqlarında müalicə alır.

Qeyd edək ki, hadisə mayın 1-də səhər erkən saatlarda Meycou-Dabu avtomagistralında baş verib. Çökmə nəticəsində 23 avtomobil yoldan çıxaraq aşıb. Yolun dağılmış hissəsinin uzunluğu 18 metrə, sahəsi isə 184 kvadratmetrə yaxındır. Yerli hakimiyyət orqanları magistralın çökməsinə ötən həftə Quanqdon əyalətində yağan güclü yağışın səbəb ola biləcəyini ehtimal edir.