02 may 2024 11:37
209

Vakansiya seçiminin nəticələri elan olunub, 1 348 müəllim iş yerini dəyişib

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin (23-29 aprel) vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb.

“İki sahil” xəbər verir ki, nəticələr namizədlərin şəxsi səhifələrinə göndərilib.

Müəllimlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçiminin nəticələri ilə tanış ola bilərlər. Elektron yerləşdirmə zamanı 14 nəfər şəhid ailəsi üzvü olmaqla 1348 nəfər müəllim iş yerini dəyişdirmək imkanı qazanıb.

Növbəti mərhələdə uğur qazanan müəllimlərin sənədlərinin yoxlanılması prosesi həyata keçiriləcək.

Qeyd edək ki, uğur qazanan müəllimlərin sənədləri yoxlanıldıqdan sonra tutduqları vakansiyaya təyin olunacaqlar. Sənədlərin yoxlanılması prosesi ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndəriləcək.