02 may 2024 11:22
325

Norveçli səyahətçilər Şuşa şəhərində səfərdədirlər

Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu – “Vagaclub”un 30 nəfərdən ibarət heyəti Şuşada səfərdədir.

“İki sahil” xəbər verir ki, qonaqlar şəhərdə aparılan bərpa işlərinin gedişi ilə tanış olacaq, həmçinin Şuşa qalasına və Cıdır düzünə baş çəkəcəklər.

Qeyd edək ki, tanınmış səyyah Yorn Auqestadın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərindədir. Norveçli səyahətçilər Qarabağda və Şərqi Zəngəzurda erməni vandalizminin izləri ilə tanış olacaqlar.