02 may 2024 13:17
234

Ermənistanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir

İrəvanda Ermənistan hökumət binası yaxınlığında Vaaqn Çaxalyanın başçılıq etdiyi “Kamk” təşəbbüsü etiraz aksiyası keçirir.

“İki sahil” Ermənistan KİV-ə istinadən xəbər verir ki, etirazçılar Azərbaycanla sərhədlərin delimitasiyası prosesinə qarşıdırlar.

Onlar həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin istefasını tələb edirlər.