05 may 2024 17:05
528

Mark Libbinin şoumenliyi - ŞƏRH

Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusların  rəhbərləri, o cümlədən üzvləri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən işğaldan azad edilmiş ərazilərə səfərlər edir, bərpa və yenidənqurma sahəsində görülən işlər və planlarla daha yaxından tanış olurlar. Üstəlik, onlar bu və ya digər beynəlxalq tədbirlərdə də iştirak edirlər. Sonradan səfərləri ilə bağlı təəssüratlarını bölüşürlər. Amma onların arasında nə Fransanın ölkəmizdəki səfiri xanım Ann Buayon, nə də ABŞ-ın ölkəmizdəki səfiri Mark Libbi görünmür. Elə bu səbəbdən onlar  ictimaiyyətin qınaqlarına tuş gəlirlər.

Bu günlərdə ABŞ-ın ölkəmizdəki səfiri Mark Libbi Azərbaycan hökumətinin Şuşada və işğaldan azad olunmuş başqa məkanlarda təşkil etdiyi tədbirlərə qoşulmamasına aydınlıq gətirməyə çalışıb. İndiyədək Azərbaycanın bir neçə regionunda səfərdə olduğunu bildirən səfir vurğulayıb ki, bunun siyasi səbəbləri yoxdur: ”Aydındır ki, qaytarılmış ərazilər bir azca fərqlidir. Bir az daha çox koordinasiya tələb edir... Amma mən harasa kiminsə şousunun iştirakçısı olmaq üçün getmək istəmirəm... Odur ki, bunu etməyin vaxtı gələndə, mən bunu edəcəyəm”.

Görəsən, səfir “Amma mən harasa kiminsə şousunun iştirakçısı olmaq üçün getmək istəmirəm” sözləri ilə nə demək istəyir? Bəri başdan qeyd edək ki, Mark Libbinin bu açıqlaması onun diplomatik fəaliyyət ilə bir araya sığmır. Bu mənada o, etik diplomatik normalara əsla riayət etməyib, onları ayaq altına salıb. Hər şeydən əvvəl ona görə ki, onun bu sözlərindən anlaşılan budur ki, sən demə, ölkəmizdə akkreditasiya olunmuş səfirlər işğaldan azad edilmiş ərazilərə səfərlər etməklə şou göstərirlərmiş, bizim xəbərimiz yoxmuş. Halbuki, həmin səfirlər bu səfərləri ilə Azərbaycanın dərdini və  sevincinə şərik olmağa çalışırlar. Şübhəsiz, cənab səfir Mark Libbi utanıb-qızarmadan bu açıqlaması ilə öz işlərini günün tələbləri səviyyəsində quran səfirlərin bostanlarına daş atır. Üstəlik o, “kiminsə şousunun iştirakçısı” ifadəsini də işlədib. Halbuki, həmin tədbirlər rəsmilərimiz tərəfdən təşkil olunur.  Bu ifadəni işlətmək isə ən azından mədəniyyətsizlikdir. 

Soruşan gərək, axı sizə belə bir səlahiyyəti kim verib? Halbuki, səfir belə bir açıqlama verməklə əslində özü şou göstərir. Özünü rüsvay edir. Bu da onun müəyyən kanallarla erməni lobbisinə xidmət etməsindən xəbər verir. Yəqin buna görə onlardan neçə-neçə “bravo” da alır. Çünki  ancaq ermənipərəstlər belə hərəkət edə, belə açıqlamalar veririlər. Bu mənada cənab səfirin bu addımı hazırda suyunu içdiyi, çörəyini yediyi Azərbaycana qarşı bir təxribatdır.
Üstəlik, Mark Libbi ərz edir ki, guya onun  Şuşaya və işğaldan azad olunmuş başqa məkanlara getməməsinin siyasi səbəbləri yoxdur. Elə isə bəs niyə görə bu səfir Şuşaya ayaq basmaqdan boyun qaçırır? Şübhəsiz, bu onun torbasında pişik olmasından xəbər verir. Mark Libbinin fikrincə, qaytarılmış ərazilər bir azca fərqlidir, bir az daha çox koordinasiya tələb edir.... Yəqin, cənab səfir unudur ki, Şuşa da, işğaldan azad edilmiş digər ərazilər, elə səfərdə olduğu rayonlarımız da onun diplomatik fəaliyyət göstərdiyi Azərbaycana məxsusdur. Olmaya o bu adi həqiqəti dərk etmir? Şübhəsiz, dərk edir. Görünür, Azərbaycanın son illər əldə etdiyi uğurlar onun gözlərini necə tutubsa, ağlını necə iflic edibsə, o, bu kimi adi həqiqətlərindən uzaq düşüb. Elə isə bu məsələdə siyasi səbəb yoxdursa, bəs nə var? Bir də istək olmalıdır ki, nəyi isə koordonisiya edəsən də, cənab səfir. Olsaydı, yəqin ki, siz də həmin səfirlərin karvanında olardınız. Görünür, heç onların da sizin kimi şoumenə ehtiyacları yoxdur. Elə bu gün həmin ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq işləri aparan və dünyanı heyrətləndirən Azərbaycanın da…

Qvami Məhəbbətoğlu, “İki sahil”