06 may 2024 09:21
206

İstanbul boğazı gəmilərin hərəkəti üçün bağlandı

Bosfor boğazı gəmilərin hərəkəti üçün dayandırılıb.

“İki sahil” xəbər verir ki, boğazın şimal girişində “Brabus” adlı yük gəmisinin sükanında nasazlıq yarandığı üçün Bosfor boğazında gəmilərin hərəkəti müvəqqəti olaraq hər iki istiqamətdə məhdudlaşdırılıb.

Sahil Təhlükəsizliyi Baş İdarəsinin məlumatına görə, RESCUE-10 yedək gəmisi və KEGM-8 sürətli xilasetmə qayğı dərhal hadisə yerinə yönəldilib.