06 may 2024 12:13
244

Mayın 5-də keçirilən buraxılış imtahanının doğru cavab etalonları açıqlanıb

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə mayın 5-də keçirilən imtahanlarda istifadə edilən test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən "İki sahil"ə verilən xəbərə görə, imtahanlarda istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları ilə buradan tanış olmaq mümkündür.

Qeyd edək ki, hazırda imtahan materiallarının emalı aparılır. Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən imtahan nəticələrinin yaxın 3 həftə ərzində elan olunması nəzərdə tutulur.