06 may 2024 12:27
240

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Netanyahu ilə görüşəcək

Qəzzada atəşkəs və qarşılıqlı məhbus mübadiləsi danışıqları davam etdirmək üçün ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşəcək.

“İki sahil” “The Times Of İsrael” istinadən xəbər verir ki, görüş Qüdsdə baş tutacaq.

Qeyd edək ki, Börns Qətərin Baş naziri ilə danışıqlar aparmaq üçün dünən Qahirədən Dohaya yola düşüb və bu gün İsraildədir.