06 may 2024 15:52
230

Polşalı hakim Belarusdan siyasi sığınacaq istəyib

Varşava İnzibati Məhkəməsinin hakimi Tomaş Şmidt Belarusdan siyasi sığınacaq istəyib.

“İki sahil” xəbər verir ki, "BELTA" xəbər agentliyinin Minskdə keçirdiyi mətbuat konfransında o, hakimlikdən istefa ərizəsi də imzalayıb.

Tomaş Şmidt bildirib ki, o, bu addımı Polşa hakimiyyətinin Belarus və Rusiyaya qarşı apardığı ədalətsiz siyasətə etiraz olaraq atıb. Hakimin sözlərinə görə, Polşa hakimiyyəti Minsk və Moskva ilə dialoqu bərpa etmək barədə düşünməlidir.

T. Şmidt düşünür ki, onun çıxışından sonra Polşa mediası onu ya casus, ya da narkoman kimi göstərəcək.

Onun sözlərinə görə, Polşaya qayıtmaq həyatı üçün təhlükəli ola bilər.

Tomaş Şmidt əvvəllər Polşanın məhkəmə sistemində müxtəlif məsul vəzifələrdə çalışıb.

Agentlik həmçinin Polşada cənab Şmidtin siyasi mövqeyinə görə təqiblərə və təhdidlərə məruz qaldığını bildirir.