07 may 2024 09:14
231

Çinin xüsusi elçisi ABŞ-a gedəcək

Çin hökumətinin iqlim dəyişikliyi üzrə xüsusi elçisi Lyu Çjenmin mayın 7-dən 16-dək nümayəndə heyətinin rəhbəri kimi ABŞ-a səfər edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Çinin Ətraf Mühitin Mühafizəsi Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, səfər zamanı Liy Çjenmin ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Podesta ilə danışıqlar aparacaq.