07 may 2024 09:41
230

Bosfor boğazında gəmi saya oturub

Ukraynadan Misirə yollanan “Alexis” yük gəmisi Bosfor boğazında saya oturub.

“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi Departamenti məlumat yayıb.

Bildirilib ki, nəticədə hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırılıb: “229 metrlik gəmi Haydarpaşa yaxınlığında mühərrik nasazlığı səbəbindən saya oturub”.