Bu gün Bakının Binəqədi, Xəzər və Sabunçu rayonlarında, həmçinin Tovuz rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Sərdarov zavodu (Əhali)” orta təzyiqli qaz kəmərində və “Abşeronneft” Neft-Qazçıxarma İdarəsinə (NQÇİ) məxsus 3 qaz ölçü qovşağında daraldıcı qurğuların əvəzlənməsi, Sabunçu rayonunun Oskar Əfəndiyev küçəsində 64 mənzilli yaşayış binasının qazlaşdırılması üçün yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Tovuz rayonunu təbii qazla təmin edən orta təzyiqli kəmərin kipliyə sınaq olunması ilə əlaqədar mayın 7-də il saat 10:00-dan qaz təchizatı dayandırılacaq.
Təmir-quraşdırma işləri görülən müddətdə Binəqədi rayonunun (Binəqədi qəsəbəsi, Binəqədi kəndi, Mədən ərazisi, Baksol yolu, Binəqədi şosesi), Xəzər rayonunun (Pirallahı qəsəbəsi), Sabunçu rayonunun (O.Əfəndiyev, X.Xasməmmədov, Ə.Kərim, E.Rəhimov və R.Qəmbərov küçələri) və Tovuz rayonunun (Tovuz şəhəri, Ağdam, Qazqulu, Bozalqanlı, Aşağı Öysüzlü, Yuxarı Öysüzlü, Hacallı, Yuxarı Mülkülü və Əlibəyli kəndləri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR