07 may 2024 12:07
220

BMT-nin regional direktoru: Elə ölkələr var ki, orada qadın əməyi ilə bağlı vəziyyət çox acınacaqlıdır

Elə ölkələr var ki, orada qadınların əməyinin ödənilməsi məsələsi çox acınacaqlı vəziyyətdədir.

“İki sahil” xəbər verir ki, bunu BMT-nin Qadınlar Agentliyinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Belen Sans Luke Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr, Qadınların iqtisadi hüquq və imkanlarının genişləndirilməsi və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda keçirilən 4-cü Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, pandemiyalarda, müharibələrdə ən böyük yük qadınların çiyinlərinə düşüb: "Bu baxımdan, gender bərabərliyi məsələlərində mütləq şəkildə böhran hallarını nəzərə almalıyıq. Azərbaycan hökumətinə bu sahədə gördüyü işlərə görə təşəkkür edirəm. Hesab edirik ki, iqtisadiyyatda qadınların bərabər imkanlar çərçivəsində iştirakını təmin etməliyik. Qadınların iqtisadi səlahiyyətləndirilməsi insanların bu sahəyə yanaşmasını da dəyişəcək. Bütün bunlara nail olmaq üçün isə müəyyən stereotiplərdən uzaq durmaq vacibdir. Biz bundan sonra da məşğulluq, əmək bazarında qadınların rolunun artırılması məsələsinə dəstək verəcəyik. İstərdik ki, ölkələr iqtisadiyyat və siyasətdə qadınların maraqlarını nəzərə alan siyasətlər həyata keçirsinlər. Bu addımların atılması dayanıqlı inkişafa da öz töhfəsini verəcək".