07 may 2024 12:17
222

Avropa İttifaqı daxilində fikir ayrılığı yaranıb

Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirakı məsələsi ilə bağlı mübahisələrə görə Avropa İttifaqına üzv ölkələrin hakimiyyət orqanları arasında fikir ayrılığı yaranıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Spiegel” yazır.

“Hazırda Avropa İttifaqında mərasimə dəvətlərə necə düzgün münasibət göstərməklə bağlı ciddi fikir ayrılıqları var”, - materialda deyilir.

Bəzi ölkələr bu dəvəti qəbul etməyi vacib hesab etsələr də, digərləri bunu yersiz hesab edirlər. Xüsusən də Fransa, Macarıstan və Slovakiya Rusiya tərəfi ilə əlaqələri saxlamaq üçün mərasimə öz nümayəndələrini göndərmək istəklərini bildirirlər, lakin, Almaniya hesab edir ki, bunu etmək olmaz.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qərb ölkələrindən olan bir sıra diplomatların Rusiya prezidentinin andiçmə mərasimində iştirakdan imtina etməsini “gülünc” adlandırmışdı.