07 may 2024 12:35
228

ABŞ səfiri Rusiyanı tərk edib

ABŞ səfiri Linn Treysi müəyyən müddətə Rusiyanı tərk edib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

O, Vladimir Putinin inaqurasiya mərasiminə qeyri-dost ölkələrin nümayəndələrinin dəvət olunmasını Moskvanın protokola riayət etməsinin “müəyyən siqnalı” adlandırıb.

Qeyd edək ki, dünən Fransa səfiri Pyer Levinin Putinin andiçmə mərasiminə qatılacağı haqqında məlumat yayılıb.