07 may 2024 13:03
202

Azərbaycan və Türkiyə ilə düşmənçiliyi sıfıra endirməliyik- Paşinyan

Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyini sıfıra endirməyə nail olmalıyıq.

“İki sahil” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 7-də keçirdiyi mətbuat konfransında bildirib.

O, Gürcüstan və İranla mehriban qonşuluq münasibətlərinin dərinləşdirilməsi və inkişafı, Türkiyə və Azərbaycanla düşmənçiliyin aradan qaldırılması, regional nəqliyyat inteqrasiyası, iqtisadi əlaqələrin qurulması, onların dərinləşməsi və inkişafı regional mühitin normallaşmasını rəsmi İrəvanın mövqeyi saydığını bildirib.