07 may 2024 14:30
257

Paşinyan Ermənistanda Rusiya telekanallarının yayımının dayandırıla biləcəyini deyib

“Əgər Rusiya telekanalları Ermənistanın daxili işlərinə hörmətsizlik etsə, onların yayımı dayandırıla bilər”.

“İki sahil” xəbər verir ki, bu barədə Paşinyan bugünkü mətbuat konfransında bildirib.

O, Ermənistan hakimiyyətinin Rusiya telekanalları ilə bağlı tələblərinin yerinə yetirilməli olduğunu deyib.