07 may 2024 14:44
107

30 il sonra şəxsiyyəti müəyyənləşdirilən şəhid dəfn edilib

Bu gün Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən Dadaşov Gülalı Məhəmməd oğlu Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib.

“İki sahil” xəbər verir ki, Gülalı Dadaşov 1994-cü ilin yanvarın 1-də Füzuli rayonu Əbdürrəhmanlı kəndində itkin düşmüşdü.

Qeyd edək ki, bu gün dəfn olunacaq Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edən G.Dadaşov, E.Qayımov, A.Səfərov Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi basıdırılmışdı.

Bundan başqa, V.Həsənovun qalıqları isə Xocavənd rayonunun Edilli kəndində tapılan kütləvi məzarlıqda aşkarlanıb.