07 may 2024 14:51
242

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktor müavini işdən çıxarılıb

Tovuz Dövlət Sosial-İqtisadi Kollecində tədris prosesinin təşkili ilə bağlı yoxlamalar aparılıb.

Bu barədə "İki sahil"ə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

"Yoxlamanın nəticəsi olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 06.05.2024-cü il tarixli əmri ilə tədris işləri üzrə direktor müavini Nuranə Ələkbərova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Orta ixtisas təhsil müəssisələrində kadr potensialı və tədris prosesinin təkmilləşdirilməsi istiqamətində işlər davam edir", - deyə bildirilib.