Zaqatalada baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.
Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.