07 may 2024 23:05
270

Zaqatalada zəhərlənənlərin sayı 25 nəfəri keçib - YENİLƏNİB-3

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 25 nəfəri keçib.

“İki sahil” xəbər verir ki, bu gün axşam saatlarından başlayaraq qidadan zəhərlənmə şübhəsi ilə 27 nəfər Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, xəstələrin vəziyyəti orta ağır, huşları aydındır. Hazırda xəstələrin müayinə və müalicəsi davam etdirilir.