08 may 2024 08:13
215

NATO-nun İsveçdə keçirdiyi təlimlər zamanı 11 əsgər yaralanıb

İsveçin Smoland vilayətində NATO-nun təlimi zamanı 11 hərbçi paraşütlə tullanmalar zamanı yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə İsveçin "Aftonbladet" qəzeti İsveç ordusunun əlaqə qərargahına istinadən bildirib.

Sınıqları olan əsgər Linçepinq və Yençepinq şəhərlərindəki xəstəxanalara aparılıb. Yaralılardan 9-u helikopterlə xəstəxanalara aparılıb. Xəsarət alanlar ABŞ, Macarıstan və İtaliya vətəndaşlarıdır.

Ümumilikdə, "Swift Response Exercise Swift Response" təlimləri çərçivəsində keçirilən paraşüt ilə təlimdə 600-800 əsgər iştirak edib.