“Si Cinpinin Fransaya dövlət səfəri: Makron alçaldılır və məsxərəyə qoyulur! Çin lideri Ursula fon der Lyayeni dəvət etməklə təvazökarlıq göstərdi. Çin prezidenti onunla daha çox danışaraq əsl gücün kimdə olduğunu göstərdi və bununla da Makrona məhəl qoymadı”.
“İki sahil” xəbər verir ki, bunu Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo “X”də yazıb.
Partiya sədri yazıb ki, tabeçilik ruhu Fransanın milli maraqlarına zərər verir və Avropa İttifaqına üzvlük onu zəiflədir.
Visite d’État de Xi Jinping en France : #Macron humilié et ridiculisé !
— Florian Philippot (@f_philippot) May 7, 2024
- Il montre sa soumission en conviant #Ursula Von der Leyen : le président chinois identifie la vraie patronne, lui parle davantage et finit par négliger Macron
- Macron voulait aussi inviter le chancelier… pic.twitter.com/hiI8TMsdlA