08 may 2024 12:25
235

Türkiyədə 120-dən çox şəxs maliyyə maxinasiyalarında şübhəli bilinərək saxlanılıb

Türkiyənin hüquq-mühafizə orqanları ölkənin 49 vilayətində maliyyə maxinasiyalarında şübhəli bilinən 127 nəfəri saxlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

O qeyd edib ki, əməliyyatlar Türkiyənin Mersin, Adana, Kayseri, Trabzon, Samsun və s. vilayətlərində aparılıb.