Çin Rusiya və Belarusa birbaşa dəmir yolu yükləri üçün tarifləri artırıb.
“İki sahil” xəbər verir ki, bu barədə Belarusun “İnfotrans Media Belarus” nəqliyyat-logistika portalı ekspeditor şirkətlərinin məlumatlarına istinadla məlumat yayıb.
Hesabatda qeyd edilir ki, orta hesabla qiymətlər gediş stansiyasından asılı olaraq 500-800 dollar və ya daha çox artırılıb.
Qiymət artımı Çində konteynerlərin sayının azalması və Çinlə sərhədlərdə tıxacların yaranması ilə bağlıdır. Bununla yanaşı, Çindən dəniz daşıma tarifləri də artıb.