08 may 2024 14:41
234

Putin bu sahədə dövlət siyasətinin əsaslarını təsdiqlədi

Rusiya prezidenti Vladimir Putin tarix təhsili sahəsində dövlət siyasətinin əsaslarını təsdiqləyib.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, fərmana əsasən “Rusiya Federasiyasının tarix təhsili sahəsində dövlət siyasətinin əsasları” təsdiq edilib.

Fərman mayın 8-dən qüvvəyə minir.

Bu siyasətin məqsədi ümumrusiya vətəndaş kimliyinin formalaşması və ənənəvi rus mənəvi, əxlaqi, mədəni və tarixi dəyərləri əsasında rus dünyasının gücləndirilməsidir.