08 may 2024 14:57
233

Paşinyan Rusiyadadır

Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində iştirak etmək üçün Rusiyanın paytaxtı Moskvaya səfər edib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, N.Paşinyan Aİİ sammitinə sədrlik edəcək, daha sonra Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.