08 may 2024 14:59
226

Ukraynaya beynəlxalq yardım KƏSKİN AZALIB

Ukrayna Milli Bankı aprel ayında beynəlxalq yardımın beş dəfədən çox azaldığını qeyd edib.

Apreldə Ukraynaya beynəlxalq yardımın həcmi 1,6 milyard dollara enib ki, bu da hətta ölkənin Milli Bankının qrivnanın sabitliyini qorumaq üçün xərclədiyi məbləğdən azdır.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Bankın rəsmi hesabatında bildirilib.

Martda beynəlxalq yardımın məbləği təxminən 9 milyard dollar təşkil edib. Ukrayna Milli Bankının məlumatına görə, apreldə ölkə Avropa İttifaqından cəmi 1,6 milyard dollar alıb.  

Bu il Ukraynanın büdcə kəsiri 43,9 milyard dollar təşkil edib.