08 may 2024 15:06
230

Xarici təzyiq olanda kömək üçün Çinə müraciət edirik - Serbiya Prezidenti

Məlum olduğu kimi Serbiya Prezidenti Aleksandar Vuçiç Çin Prezidenti Si Cinpin ilə görüşüb. Serbiya Prezidenti görüşdə bildirib ki, iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıqdan daha yüksək səviyyəyə çatıb. O, xarici siyasət təzyiqi altında olduqlarından kömək üçün Çinə müraciət etdiyini vurğulayıb.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, cənab Vuçiç Cinpinə Serbiyanın ərazi bütövlüyünü dəstəklədiyinə, həmçinin beynəlxalq arenada çoxsaylı məsələlərdə köməyə görə təşəkkür edib.

“Biz kiçik bir ölkə olaraq həyata keçirdiyimiz müstəqil siyasətə görə hər tərəfdən təzyiqlərə məruz qalanda kömək üçün çinli dostlarımıza, şəxsən Sədr Si-yə müraciət edirik”- deyə Aleksandar Vuçiç bildirib.

O, bir daha bəyan edib ki, ölkəsi şübhəsiz beynəlxalq hüququ və Çinin Tayvanla bağlı siyasətini dəstəkləyir: “Biz əsl dostuq və bizdən Çin haqqında soruşduqda cavablarımız həmişə sadədir, Tayvan haqqında nə isə soruşanda bizimlə heç bir çətinlik olmur. Cavablarımız çox sadədir və Çinin siyasətinə və beynəlxalq ictimai hüquq prinsiplərinə uyğundur.”