08 may 2024 15:12
252

Putin-Paşinyan görüşünü hər iki tərəf gözləyir - Peskov

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Moskva görüşünə ehtiyac var və bu görüşü hər iki tərəf gözləyir.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu fikirləri Rusiya Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov qeyd edib ki, bu gün Moskvada Ali Avrasiya İqtisadi Şurasının iclası olacaq.

“İş gününün sonunda Prezident Putin və Ermənistanın baş naziri Paşinyan arasında ayrıca ikitərəfli görüş də planlaşdırılır. Görüş zəruridir və hər iki tərəfdən gözlənilir”, - Kreml rəsmisi bildirib.