08 may 2024 15:21
246

Rusiya-Gürcüstan quru sərhədi BAĞLANDI

Rusiya-Gürcüstan sərhədinin Şimali Osetiya hissəsində yerləşən yeganə “Kazbegi-Verxniy Lars” keçid məntəqəsi pis hava şəraiti və uçqun təhlükəsi səbəbindən qeyri-müəyyən müddətə bağlanıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

"Mtsxeta-Stepantsminda-Lars beynəlxalq magistral yolunun Qudauri-Kobi hissəsində yüksək səviyyədə qar uçqunu təhlükəsi var. Ona görə də bu hissədə bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağandır", - Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin yaydığı məlumatda bildirib.