08 may 2024 15:43
238

Rusiyada kompyuter oyunlarına nəzarət mexanizmləri yaradılacaq - PUTİN FƏRMAN İMZALADI

Rusiya prezidenti Vladimir Putin “Rusiya Federasiyasının tarix təhsili sahəsində dövlət siyasətinin əsaslarının təsdiq edilməsi haqqında” fərman imzalayıb. Fərmana kompyuter oyunları bazarına nəzarət mexanizmlərinin yaradılması da daxildir.

“İki sahil” xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

Fərmana əsasən daxili və dünya tarixində baş verən hadisələr, habelə Rusiyanın bu sahədə yeri və rolu haqqında təhrif olunmuş təsəvvür yaradan rəqəmsal məhsulların nəzarətsiz yayılmasının qarşısını almaq məqsədilə mövcud kompüter oyunları bazarına münasibətdə dövlət və ictimai nəzarət mexanizmləri yaradılması nəzərdə tutulur.

Xarici onlayn təhsil platformalarının rus analoqları ilə əvəzlənməsi, yerli tarixi filmlərin yaradılması və s. Kimi məsələlər də fərmanda qeyd edilib.

Fərmanda, həmçinin ölkədən kənarda olan vətəndaşlar arasında tarixi savadın artırılmasının vacib olduğu qeyd edilir. Bunun üçün tarixi-mədəni standart, tarixin tədrisinin vahid metodikası hazırlanacaq, nasizm ideologiyasına mənfi münasibət formalaşdıran əsərlər yaradılacaq.