08 may 2024 17:28
432

Azərbaycanın təbii qaz ixrac edəcəyi 9-cu ölkə Slovakiya ola bilər

Hazırda Azərbaycan ilə Slovakiya arasında iqtisadi və siyasi əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Məhz may ayının 7- də Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri də bu inkişafa yeni töhfələr verəçəkdir.

Səfər çərçivəsində ölkələrimiz arasında imzalanmış “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” çox ciddi siyasi sənəddir və bu sənəd Azərbaycan-Slovakiya əlaqələrini ən yüksək səviyyəyə qaldıracaq. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında məhz bu sənədin önəmini xüsusi vurğulamışdır.

Xüsusilə  Azərbaycan qazının Slovakiyaya nəql olunması imkanları barədə önəmli planlar mövcuddur.  Bu barədə Prezident İlham Əliyev  deyib ki,  Slovakiya Azərbaycanın öz təbii qazını ixrac edəcək 9-cu ölkə ola bilər. O da məlumdur ki, keçən ilin aprel ayının 25-də Sofiyada Bolqarıstanın “Bulgartransgaz”, Rumıniyanın “Transgaz”, Macarıstanın FGSZ və Slovakiyanın “Eustream” və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu imzalanıb. “Həmrəylik Halqası” ilə Azərbaycan qazının tədarükünü nəzərdə tutan bu memorandum ötürmə sisteminin dörd operatoru və SOCAR arasında Azərbaycandan Avropaya əlavə həcmdə qaz tədarükü üzrə əməkdaşlıq istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükləri Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın “Həmrəylik Halqası” adlandırılan və yenilənmiş qaz nəqli şəbəkələri vasitəsilə həyata keçiriləcək. Məhz bu sənədin imzalanması ilə Azərbaycan qazını Slovakiya bazarına da nəqli üçün yeni  imkanlar yaranmışdır..

Hal- hazırda  Aİ ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsi uğurla icra edilir. Ölkəmizin başçısının bildirdiyi kimi, Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Artıq bu il Avropa ölkələrinə təbii qaz təchizatı 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. 2027-ci ilin sonuna qədər isə təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi nəzərdə tutulur.

Məhz bu səfərdə yadda qalan məqamlardan biri də Slovakiya şirkətləri tərəfindən Ağdamın Qərvənd kəndinin yenidən qurulması məsələsi oldu. Təbii ki, bu həm böyük rəmzi məna daşıyır, həm də əlaqələrimizin səmimiliyinin dərəcəsini göstərir.

Slovakiya və Azərbaycan əməkdaşlığının bir əlamətdar istiqaməti isə azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Belə ki, Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Bu da təbii ki, böyük rəmzi məna daşıyır, çünki ölkələrimizin əlaqələrinin səmimiliyini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər oraya qayıdacaq insanları sevindirəcək.

Eyni zamanda, ölkəmizdə  Slovakiya şirkətləri fəaliyyət göstərirlər. Onlar burada  yol tikintisi ilə məşğuldurlar. Həmçinin, bu dost ölkə bizimlə enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, inşaat sahəsində, ən nəhayət  ətraf mühitin qorunması istiqamətində əməkdaşlıq etməyə daha çox maraq göstəirirlər.

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri