08 may 2024 21:36
273

Rusiyanın iştirakı olmadan birtərəfli sülh təşəbbüslərinin uğur şansı azdır - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Rusiyanın iştirakı olmadan Ukraynada birtərəfli sülh təşəbbüslərinin uğur qazanma şansı azdır.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

“Ukrayna-Rusiya müharibəsində sülhün bərqərar olunmasında heç bir irəliləyiş yoxdur. Rusiyanın iştirakı olmadan birtərəfli sülh təşəbbüslərinin uğur şansı azdır”, - dövlət başçısı qeyd edib.