09 may 2024 01:04
399

Putin-Paşinyan görüşü başa çatıb YENİLƏNİB

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Kremldə keçirilən danışıqlar başa çatıb.

Putin-Paşinyan danışıqları bir saatdan bir qədər çox davam edib.

***

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında danışıqlar başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Görüşün protokol hissəsində Kremlin rəhbəri qeyd edib ki, Rusiya ilə Ermənistan arasında ikitərəfli münasibətlər çox uğurla inkişaf edir.