09 may 2024 00:17
275

Özgür Özəl Azərbaycana səfər edəcək

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl Azərbaycana səfər edəcək.

“İki sahil” xəbər verir ki,  bu barədə partiya rəhbəri “Habertürk”ə müsahibəsində deyib.

“CHP dövləti qurmuş, institutlaşdırmış partiyadır. Bu, institutlaşdırmada əməyi böyükdür. Dövlətin bəzi ənənələrindən uzaqlaşmaq olmaz. Seçkilər bitdi, qurultaydan sədr kimi çıxdım. İlk ziyarəti [Şimali] Kiprə etdim. Daha sonra Azərbaycandan randevu istədim. İkinci səfər də Azərbaycana edilməlidir”, – o qeyd edib.

Siyasətçi “qarşıdakı günlərdə Azərbaycana səfər etməyi planlaşdırdıqlarını” açıqlayıb.

Özgür Özəl deyib ki, Azərbaycanla arası pis olan ana müxalifət partiyası ola bilməz:  “Azərbaycanla arası pis olan ana müxalifət partiyası ola bilməz. Orada qüsurun böyüyü bizə, kiçiyi Azərbaycana düşər. Yanlışımız varsa, düzəldilməlidir”.

Xatırladaq ki, aprelin 17-də CHP-nin sədri Özgür Özəl Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında çıxış edərkən Azərbaycana dəstəyini ifadə etmişdi. Bundan başqa, fevralın 17-də ana müxalifət lideri Azərbaycan Prezidenti İlham Əliyevi seçkilərdəki qələbə münasibətilə təbrik etmişdi.