09 may 2024 00:24
274

Ermənistanla münasibətlərimizdə müəyyən problemli mövzular var - Peskov

Rusiya ilə Ermənistan arasında problemli mövzular var.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov "Moskva. Kreml. Putin" proqramına müsahibəsində söyləyib.

“Söhbətin mürəkkəbliyini şişirtməyə ehtiyac yoxdur. Sözsüz, ikitərəfli münasibətlərimizdə müəyyən problemli mövzular var, lakin digər tərəfdən, iki ölkə arasında qarşılıqlı əlaqə nə qədər sıx olarsa, ikitərəfli münasibətlərin kompleksi nə qədər geniş olarsa, bir o qədər müxtəlif problemlər yaranır və qarşımıza çıxır”, – o qeyd edib.