09 may 2024 10:25
234

XİN: Türkiyə Avropa İttifaqına üzv olmaq əzmini qoruyur

Türkiyə Avropa İttifaqına üzvlükdə qərarlıdır.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin "X" hesabında Avropa Günü ilə bağlı təbrik paylaşımında bildirilib.

"9 May Avropa Günü mübarəkdir. Namizəd ölkə Türkiyə Avropa İttifaqına üzv olmaq əzmini qoruyur", paylaşımda qeyd olunub.

Xatırladaq ki, Türkiyə 1999-cu ilin dekabrında Aİ-yə namizəd statusunu alıb.