10 may 2024 14:00
272

Vedat İşıkhandan məşğulluqla bağlı AÇIQLAMA

Türkiyənin əmək və əhalinin sosial müdafiəsi naziri Vedat İşıkhan məşğulluqla bağlı sosial media hesabında paylaşım edib.

“İki sahil” xəbər verir ki, nazir bildirib ki, 2024-cü ilin mart ayında məşğul əhali sayı əvvəlki ayla müqaisədə 139 min, ötən illə müqaisədə isə 1 milyon 372 min nəfər artaraq 32 milyon 588 min nəfərə çatıb:

İşsizlik səviyyəsi son 11 ayda birrəqəmli olub. Əvvəlki ayla müqayisədə 0,1 bənd, əvvəlki ilə nisbətən isə 1,4 bənd azalaraq 8,6 % səviyyəsində reallaşıb. Gənclər arasında bu göstərici son 12 ilin ən aşağı səviyyəsi olmaqla 15,1 %-ə enib. İnvestisiya, istehsal, məşğulluq və ixrac yönümlü addımlarımızla ölkəmizi böyütmək üçün işlərimizi davam etdiririk.”