Ürək-damar xəstəlikləri insanlar arasında ən çox təsadüf olunan xəstəlikdir. Odur ki, bu xəstəliyin profilaktikası, erkən diaqnostikası insanın həyat və iş qabiliyyətinin uzun müddət saxlanılmasında böyük rol oynayır. Sağlam həyat tərzi və sağlam qidalanma vərdişləri ürək-damar xəstəliklərinin profilaktikasında əsas yer tutur.
Kardieologiya Uzmanı Dr. Mert Palabıyık, ürək-damar xəstəliklərinin təsirini azaltmaq və həyat keyfiyyətini artırmaq üçün mühüm məsləhətlər verib. Belə ki,
Ürəyi gənc saxlamaq üçün...
Gündə 2-3 litr su içilməli, siqaretdən imtina etməli, stressdən mümkün qədər qaçınılmalı və ən az 7 saat yatmaq lazımdır. Hərəkətsiz həyatdan xüsusilə çəkinmək lazımdır. Bunun üçün həftədə 3-4 gün ən azı 30 dəqiqə sürətli gəzinti, velosiped sürmək və ya üzmək kimi aerobik məşqlər etmək əhəmiyyətlidir.
Bu qidalardan uzaq durun
Uzm. Dr. Palabıyık ürək sağlamlığını qorumaq üçün yeməkdən çəkinməli olduğumuz qidaları belə sıralayıb: “İlk növbədə süfrə şəkəri, bal, mürəbbə, bəhməz kimi bəsit şəkərlərdən ibarət qidalardan və xəmir yeməkləri, meyvə şirələri, qazlı sulardan uzaq durmaq lazımdır.
Əgər qırmızı ət istehlak ediləcəksə, ətin qaynadılması, qazanda və ya zeytun yağı ilə sobada bişirilməsi daha məqsədəuyğundur.
Sosiska, kolbasa kimi məhsullar gündəlik qida rasionundan çıxarılmalıdır. Qan təzyiqinə mənfi təsirləri səbəbindən həddindən artıq duz istehlak edilməməlidir”.
Nigar Orucova “İki sahil”