Ağdam Rayon Polis Şöbəsinə rayonun Çəmənli kəndi ərazisində yerləşən evlərdən birindən 10 300 manat pulun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat daxil olub.
“İki sahil” xəbər verir ki, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Xaliq İsmayılov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə X.İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Ağdam RPŞ-də araşdırmalar davam edir.